BAKI, 27 oktyabr. TELEQRAF
Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycanda səfərdədir.
Teleqraf xəbər verir ki, siyasi məsləhətləşmələr aparmaq üçün Azərbaycanda səfərdə olan xarici işlər nazirinin müavini Berris Ekinci Türkiyənin ölkəmizdəki səfirliyini ziyarət edib.
Berris Ekinci Fəxri və Şəhidlər xiyabanlarını və Türk şəhidliyini ziyarət edərək abidələrin üzərinə gül dəstələri qoyub.