BAKI, 26 iyun. TELEQRAF

Türkiyənin Azərbaycandakı səfirliyi 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın Silahlı Qüvvələrini təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial media hesabında paylaşım edilib.

"Qardaş Azərbaycanın şanlı Silahlı Qüvvələrini 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə ürəkdən təbrik edir və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - deyə paylaşımda deyilir.