BAKI, 28 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan səfərə gəlir.

Teleqraf xəbər verir ki, bu səbəbdən dövlət başçısının səlahiyyətlərini ölkənin vitse-prezidenti Cevdet Yılmaz həyata keçirəcək.

"Azərbaycanda səfərdə olduğum müddətdə Prezident səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək", - Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamda bildirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə birgə mayın 28-də Laçın şəhərində beynəlxalq hava limanının açılışında iştirak edəcək.