BAKI, 22 mart. TELEQRAF

Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Leyenin nüfuzu aşağı düşüb.

Teleqraf xəbər verir ki, nu barədə "Bild" yazıb.

Nəşr vurğulayır ki, Brüssel Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda Avropa İttifaqının rəyi ilə maraqlanmamasına öyrəşməli olub.

Nəşr qeyd edir ki, Fon der Leyen ABŞ-ın vitse-prezidenti J.D.Vensin çıxışına cavab verməyə başlayanda sonuncu Parisdəki sammiti tərk edib. Məqalə müəllifi hesab edir ki, Vensin davranışı Vaşinqtonun AK rəhbərinin mövqeyini nəzərə almayacağını açıq şəkildə göstərir.