
BAKI, 21 mart. TELEQRAF
"Bahar təbiətin ahənginin təcəssümüdür, mehribanlıq, şəfqət və həyatın yenilənməsinin mənbəyidir. Ümid edirəm ki, bu yeni il bizim ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək və xalqlarımızın rifah və firavanlığına xidmət edəcək".
Teleqraf xəbər verir ki, bu sözlər İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
İran Prezidenti təbrik məktubunda Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi diləyib. O, eyni zamanda Novruz bayramını qeyd edən xalqların regionunda əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsini arzulayıb.