
BAKI, 26 fevral. TELEQRAF
Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
Teleqraf xəbər verir ki, abidənin önünə əklil və gül dəstələri qoyulub, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.