BAKI, 10 fevral. TELEQRAF

Burkina Fasonun Prezidenti kapitan İbrahim Traore Prezident İlham Əliyevə başsağlığı verib.

Teleqraf xəbər verir ki, başsağlığında deyilir:

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə bağlı xəbəri dərin kədərlə qarşıladıq.

Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.

Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".