
BAKI, 10 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə qarşı durmaq iqtidarında deyil.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib.
“2020-ci il noyabrın 10-da səhər saatlarında və bu gün Azərbaycanın tələblərinə baxın, Paşinyan Əliyevə qarşı durmaq iqtidarında deyil, acizdir”, - siyasətçi vurğulayıb.
Xaçaturyan qeyd edib ki, Ermənistan güclü Azərbaycanın qarşısına bərabərhüquqlu tərəf kimi çıxa bilmir.
Həmçinin o əlavə edib ki, Azərbaycan Ermənistandan Zəngəzur dəhlizinin açılmasını tələb edir:
“Əgər Azərbaycan deyirsə ki, mallarım maneəsiz girib-çıxmalıdır, deməli, dəhliz tələb edir. İndi Paşinyan məhdud nəzarətdən danışır. Onun buna qarşı çıxa biləcək gücü yoxdur”.