BAKI, 8 fevral.TELEQRAF

Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkilərinə həsr ounmuş bugünkü iclasında 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi üzrə 19, 24 və 52 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə bağlı daxil olan müraciətlərə baxılıb.

Teleqraf xəbər verir ki, müraciətlə əlaqədar seçki protokollarının surətlərinə məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verildiyi nəzərə çatdırılıb.

Qeyd olunub ki, protokolda namizədin 10 səs aldığı yazılıb, ancaq müraciətə əlavə edilən protokolun surətinə 1 rəqəmi əlavə edilərək, 110 səs göstərilib və bu, qanunsuzluq kimi təqdim edilib: "Buradan aydın olur ki, bu şəxslərin başında Rəhimli bələdiyyəsinin hazırkı sədri Rafiq Muradov durur. Rafiq Muradov bu bələdiyyə seçkilərində də namizəd olub. Bu hallar üzə çıxdıqdan sonra Rafiq Muradovla əlaqə saxlamaq mümkün olmadı. Müraciət əsassız sayılmalı və seçki protokollarında manipulyasiyaya yol verildiyi şübhəsi olduğu üçün bu seçki subyektləri ilə bağlı materiallar cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməlidir”.

Qeyd edək ki, MSK müraciəti əsasız sayıb.