
BAKI, 8 fevral. TELEQRAF
Amerika Birləşmiş Ştatları Cənubi Afrika Respublikasına (CAR) yardımı dayandırmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdən məlumat veriblər. Qərarın səbəbi “2024-cü il torpaq milliləşdirilməsi qanun"u, CAR-ın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddia və İranla yaxın əlaqələrdir.
Ağ Evdən verilən açıqlamada deyilir: "Birləşmiş Ştatlar Cənubi Afrika hökumətinin öz ölkəsində mülkiyyət hüquqların pozmasına, ABŞ-nin xarici siyasətini zəiflətməyə və müttəfiqlərinin təhlükəsizliyinə təhdid yaratmasına dəstək verə bilməz”.
Cənubi Afrika Prezidentliyindən verilən yazılı açıqlamada isə qanunun aliliyinə, ədalətə və bərabərliyə dərin bağlılığı olan konstitusiya demokratiyası olduğu xatırladılıb: "Cənubi Afrika hökuməti heç kimin ərazisini müsadirə etməyib".