Bakı, 7 fevral. TELEQRAF

Fevralın 7-də Xarici İşlər Nazirliyində (XİN) nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.

XİN-dən Teleqraf-a bildirilib ki, iclasda nazirliyin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq, 2024-cü il üzrə XİN tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və nazirliyin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.