Avropa Şurasının sədri Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Bu, ayrı-ayrı, ancaq yaxşı görüşlər idi”, - deyə diplomatik mənbə bildirib.

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan Londonda Avropa Siyasi Birliyinin IV Sammitində iştirak edirlər.

Prezident Əliyevin Şarl Mişellə görüşü haqda hələlik rəsmi məlumat yoxdur.