Rusiya və Cənubi Qafqaz dövlətləri birgə yaşayış formulunu hazırlamalıdırlar.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçevlə görüşdə deyib.

"Rusiya Qafqaz regionunun tərkib hissəsidir. Azərbaycan, Gürcüstan, Ermənistan da Qafqaz dövlətləridir. Birlikdə yaşamaq, münasibətlərimizi inkişaf etdirmək üçün düstur hazırlamalıyıq", - Seyidiv bildirib.