ABŞ ordusu ilk dəfə olaraq husilərə məxsus sualtı pilotsuz aparatı aşkar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.

“Mərkəzi Komandanlıq fevralın 17-də bir pilotsuz sualtı gəmiyə və bir pilotsuz suüstü gəmiyə qarşı beş özünümüdafiə zərbəsini uğurla həyata keçirib”.

Komandanlığın bəyanatında qeyd olunub ki, husilər arasında ilk dəfə pilotsuz sualtı aparat aşkarlanıb.