İngiltərədə hamı iqtidardakı Mühafizəkarlar partiyasından olan 36 nəfərin adının hallandığı təcavüz olayından danışır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, parlament işçilərinin ifşa etdiyi olayda 2 nazirin də adı hallanır.
İngiltərə Baş naziri Tereza Mey məsələnin araşdırılmasını və təqsirkarların ən ağır formada cəzalandırılmasını istəyib.
Hadisədə adı hallanan İngiltərənin Müdafiə naziri Maykl Fallon təcavüz ittihamını qəbul edib. O bildirib ki, bir neçə ildir ölkədəki jurnalistlərdən birinə qarşı belə bir addım atıb.
Qalmaqalda adı hallanan Müfaizəkarlar Partiyasından olan Ticarət naziri Mark Qarniyer də iddiaları qəbul edib. Məlumatlara görə, Qarniyer keçmiş katibəsi, həyat yoldaşı və başqa bir qadın dostu üçün 2 ədəd seks oyuncağı aldırıbmış.
Barəsində araşdırmalar başlandığı deyilən 54 yaşlı nazir hədiyyələri zarafat üçün aldığını və hər cür cəzaya hazır olduğunu bildirib.
Təcavüz ittihamında adı çəkilən digər 34 şəxsin millət vəkili olduğu deyilir.