Ən yaxşı iPhone dizaynları - FOTOLAR

  • 24 Dekabr 2014 23:42

Apple şirkətinin istehalı olan iPhone modellərinin zərgərlik modifikasiyaları olduqca populyarlaşıb.

Teleqraf.com xəbər verir ki, ötən günlərdə "Caviar" şirkətinin qızıldan hazırladığı, üzərində Azərbaycan bayrağı, xəritəsi və "Azerbaijan Land of fire" yazılmış iPhone-ları təqdim etməsi də buna bir sübutdur. Qızıl və brilyantlardan hazırlanan müxtəlif temalı iPhone-ların qiymətləri də fərqlənir.

Teleqraf.com ən yaxşı iPhone dizaynlarını təqdim edir.

"Feld&Volk" sözügedən telefon brendi üçün bir çox modellər hazırlayıb. "Təmiz qızıl" adlanan bu iPhone 5S-in qiyməti 8990 dollar, yeni iPhone 6-nın qızılı printli versiyası isə 4799 dollardır. "Feld&Volk"un müxtəlif dövlətlərin atributlarını, mədəniyyətlərini əks etdirən spesifik temalı işlərinə də rast gəlmək olur.

Büronun seçimi: ən yaxşı iPhone dizaynları
"Brikk" şirkətinin hazırladığı bu lüks smartfondakı "Apple" logosu tamamilə brilyantlarla işlənib, bütün telefon isə 24 karatlıq qızılla əhatələnib. Qiyməti 8895 dollardır. Qızıl deyil, daha "sadə" görünüşlü platin iPhone 6 istəyirsinizsə, 8795 dollarınızdan keçməlisiniz.

Büronun seçimi: ən yaxşı iPhone dizaynları

Büronun seçimi: ən yaxşı iPhone dizaynları

İngilis şirkəti "Goldstriker" qızıl kənarlı 5S smartfonlarının arxasını təmiz dəri ilə işləyir. Fərqli dərilərdən ibarət olduqlarına görə qiymətləri də dəyişir, ümumilikdə təqribən qiymətləri 5900 dollardan başlayır. 24 karat qızılla işlənmiş iPhone 6-nın qiyməti 4700 dollar, ətrafı brilyantla bəzədilmiş "Rose Gold iPhone 5S Ambassador" modeli isə 6000 dollardır.

Büronun seçimi: ən yaxşı iPhone dizaynları

Büronun seçimi: ən yaxşı iPhone dizaynları

Qızıl, platin, brilyant kimi parıltılı işləməli smartfonları sevməyənlər "Atelier"in poladdan hazırlanan və üzəri timsah dərisindən ibarət olan keyslərini əldə edə bilərlər. Qiyməti 2500 dollar olan timsah dərili keyslərdən başqa çəhrayı sapfirlə işlənmişlər də var. Möhkəmliyinə görə birinci sayılan sapfirli iPhone-lar 2200 dollardır. Adi qara dərili iPhone 6 keysi isə 2100 dollara sizin ola bilər.

Büronun seçimi: ən yaxşı iPhone dizaynları

"Falcon Luxury" şirkəti telefona pul xərcləməkdən çəkinməyənlər üçün əvəzolunmaz fürsət yaradıb. 18 karat qızıl və arxasında böyük çəhrayı brilyant qaşlı "iPhone 6 Plus"ı əldə etmək üçün nə az, nə çox - düz 110 milyon dollar lazımdır. Eyni formada hazırlanmış, ancaq göy brilyant qaşlı "iPhone 6"nı almaq isə 48,5 milyon dollar başa gəlir.

Büronun seçimi: ən yaxşı iPhone dizaynları

Büronun seçimi: ən yaxşı iPhone dizaynları

"Givori" şirkəti daha çox qadınlar üçün nəzərdə tutulan modelləri ilə məşhurdur. Çəhrayı timsah dərili, 19 karat qızıl iPhone 5 İtaliyada hazırlanır. Müxtəlif rəngli və qiymətli daşlarla işlənmiş bu modeldən dünyada cəmi 50 dənədir. Qiyməti isə 12 min 350 dollardır.

Büronun seçimi: ən yaxşı iPhone dizaynları

Rüstəm

Simsiz