Çinin Siçuan vilayətində yüzlərlə bahalı avtomobil atılmış vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, buradakı avtomobillərin sayı 200-dən artıqdır.

Onların bəziləri sahibləri tərəfindən atılıb. Bəzilərinin sahibləri isə müxtəlif cinayət əməlləri ilə əlaqədar həbsxanalarda cəza çəkirlər.

Avtomobillərin bəziləri isə polis tərəfindən bura gətirilib.