ABŞ məlumat itkisinin sayına görə liderdir. 2016-cı ilin yanvar-iyununda 451 belə hadisə qeydə alınıb ki, bu da fərdi məlumat itkisinin ümumi sayının 54%-i deməkdir. 110 məlumat itkisi qeydə alınmış Rusiya ikinci pillədə qərarlaşıb. Sonrakı, üçüncü pillədə Böyük Britaniya (39 məlumat itkisi) qərarlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “InfoWatch” agentliyi məlumat yayıb. Qeyd olunur ki, 2016-cı ildə dünya miqyasında ələ keçirilmiş fərdi məlumatların sayı iki dəfə artıb.

“InfoWatch” şirkətinin araşdırmasına əsasən, məlumat itkisinin 66%-i daxili səbəblər üzündən olub. Məlumat itkisinin 33%-i kənar hücumlar səbəbindən qeydə alınıb, amma belə hücumlardan dəymiş zərərin həcmi əvvəlki kimi yüksək qiymətləndirilir.