ŞƏMKİR, 22 avqust. TELEQRAF

Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəaliyyat hadisədi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə "Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən Şəmkir rayon Mahmudlu kənd sakini 1972-ci il təvəllüdlü Tərəvət İsrafilovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin Şəmkir rayon Şöbəsinə yerləşdirilib.

Hazırda vəfat edən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.