GƏNCƏ, 29 mart. TELEQRAF

Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, “VAZ 2107” və “BYD” markalı minik avtomobillərinin toqquşması zamanı 1998-ci il təvəllüdlü Aytac Məmmədova, 2000-ci il təvəllüdlü Mina Tağıyeva və 1997-ci il təvəllüdlü Həbibə Qədimova xəsarət alıb.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.