XOCAVƏND, 20 fevral. TELEQRAF
Xocavəndə yola salınan ailələr mənzil başına çatıb, onlara mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə olmaqla 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə olmaqla 94 nəfər köçürülüb.
***
12:43
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə olmaqla 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə olmaqla 94 nəfər köçürülüb.
Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.