BAKI, 22 aprel. TELEQRAF
"Ermənilər yeni reallıqla üzləşiblər".
Teleqraf xəbər verir ki, bu barədə videobloger Albert İsakov “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması: Tarixə baxış və gələcək imkanlar” mövzusunda keçirilən dəyirmi masada bildirib.
“Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?” sualına çox vaxt diplomatik cavablar verilir. Amma mən diqqəti daha vacib bir məqama çəkmək istəyirəm, bu münaqişədən ən çox əziyyət çəkən insanlar olub və bu qərarı da məhz cəmiyyət verməlidir.
Hazırda erməni cəmiyyəti bir çıxılmaz vəziyyətdədir. Uzun illər ərzində onlar elə düşünürdülər ki, dünya onların ətrafında fırlanır. İndi isə reallıqla üzləşiblər. Onlar anlamalıdırlar ki, bir zamanlar Ermənistanda azərbaycanlılar da yaşayırdı. Və bu gün reallıq ondan ibarətdir ki, azərbaycanlılar öz yurdlarına qayıtmalıdırlar. Əgər sülhdən danışırıqsa, ilk növbədə qarşılıqlı etiraf və həqiqətin qəbul olunması lazımdır”,- o qeyd edib.