BAKI, 19 iyul. TELEQRAF

Bakı və İrəvan sülh sazişi bağlamağa yaxındırlar.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Ağ Evin sahibi ABŞ senatorları ilə şam yeməyi zamanı iki ölkə arasındakı münasibətlərdən danışıb.

“Biz Azərbaycan və Ermənistanda möcüzə yaratdıq. Sülh müqaviləsinin imzalanmasına az qalır”, - deyə siyasətçi qeyd edib.