“Bundan sonra Qarabağa gəlmək istəyən xarici ölkə vətəndaşları bunu ancaq Azərbaycan qanunvericiliyi əsasında edə bilərlər”.
Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
“Bundan sonra Qarabağa və Zəngəzura gəlmək istəyən xarici ölkə, o cümlədən Rusiya vətəndaşları yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara riayət etməklə Ağdam-Xankəndi yolu və Füzuli, yaxud Zəngilan hava limanları ilə gələ bilərlər. Adıçəkilən şəxslər və digərləri üçün Ermənistan ərazisindən Xankəndinə giriş ən azı sülh müqaviləsi imzalanana qədər qadağandır. Bu şərtləri qəbul etməyənlər artıq əziyyət çəkməsinlər. General Lentsov bu şərtləri Qarabağdakı Rusiya vətəndaşlarına mütləq çatdırmalıdır”, - ekspert bildirib.