Avqustun 16-da saat 23:00-da BMT Təhlükəsizlik Şurası Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi öz saytında məlumat yayıb.

"Ermənistanın müraciəti ilə görüş avqustun 16-na təyin edilib", - ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi bildirib.