“Xarici ölkə diplomatları onu da anlayırlar ki, Qarabağ ermənilərinin Azərbaycan qanunlarını qəbul etməkdən başqa alternativləri yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Azərbaycanda çalışan xarici ölkə diplomatları ölkələri üçün müxtəlif hesabatlar hazırlayırlar. Son vaxtlar bölgədə artan gərginlik səbəbindən işlərinin həcmi artıb, olayları özləri üçün aydınlaşdırmağa çalışırlar.

Diplomatlardan birinin maraqlı sualı ilə üzləşdim: “Qarabağdakı ermənilərin sosial durumu həqiqətən ağırdır, yoxsa məsələni şişirdirlər?”.

Ona cavabında internetdə Xankəndidə toy kasetlərini izləməyi məsləhət gördüm. Sən demə, diplomat da həmin videonu izləyib və ermənilərin rola girdiyi qənaətindədir. Xarici ölkə diplomatları onu da anlayırlar ki, Qarabağ ermənilərinin Azərbaycan qanunlarını qəbul etməkdən başqa alternativləri yoxdur, hökumətlərinin Azərbaycana təzyiq etməyəcəklərini bildirirlər”, - ekspert bildirib.