Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan və oğlu xüsusi əməliyyatla saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, qondarma rejimin sabiq "Təhlükəsizlik Şurasının katibi" Əsgərandakı evində saxlanılıb.
Məlumata görə, onun evində 40 dəqiqə axtarış aparılıb. Əməliyyat zamanı Balasanyanın qardaşının da saxlanıldığı bildirilir.
Onların prokurorluqda olduğu bildirilir.
Həbsin səbəbləri açıqlanmır.