Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda deyilir.