BAKI, 4 oktyabr. TELEQRAF
Norveç sahillərində, Olesunn şəhəri yaxınlığındakı fyoord ərazisində iki yük gəmisi və bir neft tankeri toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən Norveçin NRK teleradiokompaniyası məlumat yayıb.
Məlumata əsasən, toqquşma nəticəsində hər üç gəmi zədələnib, onlardan birində isə su sızması baş verib. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb, onlar gəmilərdən təxliyə ediliblər. İlkin məlumatlara görə, ətraf mühitə ziyan dəyməyib, müvafiq xidmətlər ehtimal olunan fəsadları qiymətləndirirlər.
Toqquşan gəmilər Niderland, Farer adaları və Norveçdən hərəkət edirmiş. Qəzaya uğrayan gəmilərdən ən böyüyünün uzunluğu təxminən 147 metrdir.