Şuşa həbsxanasında əsirləri döyüb öldürürdülər. Sonra onları eskvatorla gətirib həbsxanasının həndəvərinə atırdılar. Kütləvi dəfn edirdilər.

Teleqraf.com xəbər verir ki, bunu baş verənlərin şahidi Cəmaləddin Hüseynov media nümayəndələrinə açıqlamasında deyib.

O qeyd edib ki, ermənilər əsirlərə çox dəhşətli əzablar veriblər. "Bəzən də əsirləri diri-diri basdırırdılar".

Qeyd edək ki, bu gün Medianın İnkişaf Agentliyi Şuşa həbsxanasının həndəvərində aşkar olunan kütləvi məzarlıqla bağlı media nümayəndələrinin Şuşaya səfərini gerçəkləşdirib.