BAKI, 4 oktyabr. TELEQRAF
İran ordusu raketlərinin uçuş məsafəsini artırmaq üzərində işə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminya “Fars” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, raketlərin uçuş məsafəsinin artırılması qərarı ABŞ-lə münaqişə zamanı əldə edilən təcrübə ilə bağlıdır.
“Müharibənin nəticələrinə əsasən, raketlərimizin uçuş məsafəsini mütləq artırmalı olduğumuz qənaətinə gəldik və hazırda bu istiqamətdə irəliləyirik”, – briqada generalı deyib.
Əkrəminya bildirib ki, İran raketlərin sürətinin artırılması və hədəfi dəqiq vurma imkanlarının təkmilləşdirilməsi üzərində də çalışacaq.
O, gələcək raket nəsillərinin daha yüksək sürət və daha dəqiq tuşlama imkanlarına malik olacağını qeyd edib.