Ermənistan tərəfinin cümə günü Qarabağda apardığı axtarış işləri zamanı 44 günlük müharibə zamanı həlak olan daha 3 nəfərin meyitinin qalıqları tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.
Qalıqların Xocavənd rayonunun Hadrut qəsəbəsində tapıldığı qeyd olunur. Həlak olanların kimliyini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.
Qeyd edək ki, döyüş bölgəsindəki axtarış əməliyyatının bütün dövrü ərzində 1601 nəfərin cəsədi və qalıqları aşkar edilərək Ermənistan tərəfinə təhvil verilib.