Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, meyitlər Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235-ə yüksəlib.

Sözügedən istiqamətlərdə axtarış işləri davam etdirilir.