BAKI, 24 avqust. TELEQRAF
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi avqustun 25-də saat 11:00-13:00-da Təzə Pir məscidində keçiriləcək.
Bu barədə Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənətkar İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.