BAKI, 21 may. TELEQRAF

"Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı"nın layihəsi hazırlanıb.

Teleqraf xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, Milli Fəaliyyət Planı Azərbaycanın beynəlxalq öhdəliklərindən və ölkə qanunvericiliyində müəyyən edilmiş vəzifələrdən irəli gələrək gender bərabərliyinin təmini məqsədi ilə ərsəyə gətirilib.

Vurğulanıb ki, Milli Fəaliyyət Planının əsas prioritet istiqamətlərindən biri “İqlim dəyişiklikləri ilə mübarizə sahəsində gender bərabərliyinin nəzərə alınması"dır.

Bildirilib ki, bu prioritet sahə üzrə iqlim dəyişmələri üzrə adaptasiya plan və proqramlarının hazırlanmasında da həssas qruplar olan qadın və uşaqlar üçün iqlim dəyişmələri nəticəsində yaranan risklər nəzərə alınacaqdır.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.