BAKI, 15 yanvar. TELEQRAF
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda daşqaldırma birinciliyinin açılış mərasimi keçirilib.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən yarışda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Birincilikdə iştirak edən komandaların tərkibi yoxlanıldıqdan sonra yarış iştirakçılarının çəki dərəcələri müəyyən edilib. Hərbi qulluqçulara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.
Yanvarın 17-dək davam edəcək birincilikdə 6 çəki dərəcəsində ümumilikdə 48 nəfər hərbi qulluqçu olmaqla 8 komanda mübarizə aparır.