Avqustun 19-da Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.