BAKI, 13 avqust. TELEQRAF
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ziyəddin Quliyevin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti proses avqustun 27-nə təyin olunub.
Qeyd edək ki, Zirəddin Quliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.