BAKI, 4 avqust. TELEQRAF
Sabunçu rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Həsənbala Rəhimov 15 il müddətində azadlıqdan məhrum olunub.
Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun həyat yoldaşı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.