BAKI, 30 iyul. TELEQRAF
Həbsdə olan müğənni Dəniz Əsədovanın barəsindəki hökmdən verdiyi şikayətə baxılıb.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Dəniz Əsədovanın şikayəti təmin edilməyib, onun barəsində olan 7 ay azadlıqdan məhrumetmə cəzası qüvvədə qalıb.
Qeyd edək ki, vəkil Asim Abbasov onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün xüsusi ittiham qaydasında müğənni Dəniz Əsədovanı məhkəməyə verib.