BAKI, 15 noyabr. TELEQRAF

Bu gün saat 03:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.

***

15:40

Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarıqızının ölüm səbəbi açıqlanıb.

Bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Ülviyyə Yaşarqızı gecə saat 4-də ürək çatışmazlığından dünyasını dəyişib.

Yaşar Nurinin digər qızı, müğənni Ülkər Nuriyeva isə bacısının səhhətində problem olmadığını bildirib.

"Ülviyyənin səhhətində heç bir problem yox idi. Biz dəhşət içindəyik. Bacım bu gün dəfn edildi", - o deyib.

Qeyd edək ki, Ülviyyə Yaşarqızının Gülnar adlı 13 yaşlı qızı var.

***

13:50

Xalq artisti Yaşar Nurini qızı Ülviyyə Yaşarıqızı vəfat edib.

Teleqraf-ın məlumatına görə, Ülviyyə Yaşarıqızı gecə saat 4 radələrində evində dünyasını dəyişib.

47 yaşlı Ülviyyə Yaşarqızının qəfil halı pisləşib və evin mətbəxində vəfat edib.

Mərhumun üç mərasimi noyabrın 17-də “Təzə Pir” məscidində keçiriləcək.