BAKI, 25 may. TELEQRAF

Mayın 31-dən etibarən Ankara Rəsm və Heykəl Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin rəsm sərgisi açılacaq.

Teleqraf xəbər verir ki, məlumatı Azərbaycanın Mədəniyyət Nazirliyi yayıb.

Qeyd edək ki, rəssamın 200 illik yubileyinə həsr edilən sərgi “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlanır.