BAKI, 13 may. TELEQRAF
Mayın 13-də YUNESKO-nun Parisdəki mənzil-qərargahında keçirilən Frankofoniya (frankdilli ölkələr) bayram tədbirlərində Azərbaycanın qurumdakı Daimi Nümayəndəliyi də iştirak edib.
Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycanın mədəni irsi nümayiş etdirilib.
Musiqiçilər Ağarəhim Quliyev (fleyta) və Laura Volpato (violonçel) məşhur “Ay Laçın” və “Küçələrə su səpmişəm” mahnılarını ifa ediblər. Azərbaycan musiqisi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qonaqlara eyni zamanda zəngin Azərbaycan mətbəxi təqdim edilib.