BAKI, 2 iyul. TELEQRAF

Xalq artisti Miri Yusif pərəstişkarlarından gələn böyük marağı nəzərə alaraq solo konsertlərinin keçiriləcəyi günlərin sayını artırıb.

Teleqraf xəbər verir ki, əvvəlcə 3, 4 və 5 iyul tarixlərinə planlaşdırılan konsert proqramına 2 və 6 iyul tarixləri də əlavə edilib.

Beləliklə, sənətçi ümumilikdə beş gün ardıcıl Bakıdakı Yaşıl Teatr səhnəsində sevənləri ilə görüşəcək.

Konsert proqramında Miri Yusif illərdir dillər əzbəri olan hitləri, eləcə də repertuarındakı ən sevilən mahnıları canlı ifa edəcək.