BAKI, 9 fevral. TELEQRAF
Əməkdar artist Aybəniz Haşımova A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Bu barədə Teleqraf-a Əməkdar artistin özü məlumat verib.
"Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə təyin olunmuşam və üzərimə düşən vəzifəni böyük məsuliyyətlə icra etməyə çalışacam. Etimad göstərilərək böyük bir dahinin adını daşıyan Mədəniyyət evinə direktor təyin olunmağım məsuliyyətimi daha da artırır. Bu ada layiq işlər görmək üçün bütün gücümlə çalışacam. Bu gün rəsmi təqdimatım oldu, vəzifəmin icrasına başladım və kollektivimizlə ilk görüşümüz baş tutdu. Mən hər zaman Azərbaycan mədəniyyətinə xidmət etmişəm, bundan sonra da vətənimizin mədəni irsinin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəm", - deyə A.Haşımova əlavə edib.
Qeyd edək ki, Aybəniz Haşımova “Bülbüllər” qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.
Bu barədə ilk məlumatı Missiya.az saytı yayıb.