BAKI, 13 noyabr. TELEQRAF
"Səhhəti normaldır. Hələ xəstəxanadadır, müalicəsi davam edir".
Bunu Teleqraf-a Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Rauf Abdullayevin həyat yoldaşı Munisa Abdullayeva dirijorun səhhətindən danışarkən deyib.
Qeyd edək ki, 88 yaşlı Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. O, halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.