BAKI, 9 noyabr. TELEQRAF

Xalq artisti Gülyanaq Məmmədova Türkiyənin Alanya şəhərində keçirilən Qlobal Media Forumu çərçivəsində beşinci Qlobal Uğur Mükafatına layiq görülüb.

Bu barədə Teleqraf-a Xalq artisti Gülyanaq Məmmədovanın özü məlumat verib.

"Türk dünyasının musiqilərini ifa etdiyim üçün bu mükafata layiq görüldüm",-deyə Xalq artisti əlavə edib.