BAKI, 7 noyabr. TELEQRAF

Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn olunub.

Teleqraf xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.

***

13:02

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Vahid Əliyevin yaşadığı mənzildə vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, Vahid Əliyevin vida mərasimində ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, Əməkdar artist Badamdar qəbiristanlığında dəfn olunacaq. O, ötən gün uzun sürən xəstəlikdən vəfat edib.