BAKI, 23 oktyabr. TELEQRAF
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti stabildir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, Yadigar Muradovun müalicəsi xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində davam edir.
Qeyd edək ki, Yadigar Muradov qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.