BAKI, 15 oktyabr. TELEQRAF

Meksikanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Diego Rivera Anahuacalli Muzeyinin "Diego Rivera: Daha yaxşı gələcəyin vədi" adlı sərgisinin açılışı keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikov, Diego Rivera Anahuacalli Muzeyinin direktoru Mariya Teresa Moya, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero və digər rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə bildirilib ki, bu sərgi iki il əvvəl Meksikanın Anahuacalli Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi arasında başlanmış əməkdaşlıq layihəsinin nəticəsidir.

Sərgi 30 dekabr tarixinədək ziyarətçilər üçün açıq olacaq.